KTMT-nin Baş katibi: 10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsinin başqa yolu olmadığını qeyd edirik”

19.05.2021 Off By Füzuli İsmayılov

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistanın Sünik (Zəngəzur – red.) bölgəsindəki vəziyyətin inkişafını yaxından izləyir.
Bu barədə Təşkilatın Baş katibi Stanislav Zas Düşənbədə keçirilən KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından sonra bildirib. Zas qeyd edib ki, baş verənləri narahatlıqla müşahidə edirlər. “10 noyabr 2020-ci il tarixli üçtərəfli razılaşmaların həyata keçirilməsinin başqa yolu olmadığını qeyd edirik”, – Baş katib bildirib.

“Hakimiyyet.com”

Share