XİN başçısı: “1600-dək erməni hərbçinin cəsədi qarşı tərəfə təhvil verilib”
19.05.2021Azərbaycan hərbi əsir statuslu şəxsləri Ermənistana geri qaytarıb.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən verilən xəbərə görə, bunu nazir Ceyhun Bayramov ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşdə deyib.
Nazirin sözlərinə görə, 1600-dək erməni hərbçinin cəsədi qarşı tərəfə təhvil verilib.
O bildirib ki,kommunikasiya xətlərinin açılışı istiqamətində müvafiq danışıqlar davam etdirilir.
“Eyni zamanda, hələ 1991-94-cü illərdə aparılan hərbi əməliyyatlar nəticəsində itkin düşən 4000-dək azərbaycanlı ilə bağlı məlumat bu günədək Ermənistan tərəfindən verilməyib”, – deyə XİN başçısı vurğulayıb.
“Hakimiyyet.com”









