DƏHŞƏTLİ HADİSƏDƏ 3 NƏFƏR DÜNYASINI DƏYİŞDİ
25.05.2021Mərdəkan yolunda baş verən avtoqəza nəticəsində daxil olan çağırış əsasında hadisə yerinə 5 təcili Tibbi Yardım Briqadası göndərilib.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, 3 nəfər (1 qadın, 2 kişi) hadisə yerində dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıblar.
“Hakimiyyet.com”









