“Qarabağ” daha bir futbolçu ilə müqavilə imzaladı
26.05.2021“Qarabağ” klubu daha bir futbolçusu ilə yeni müqavilə imzalayıb.
Klubun rəsmi saytında xəbər verilir ki, Ağdam təmsilçisi müdafiəçi Bədavi Hüseynovun sözləşməsinin müddətini 2 il uzadıb. Otuz yaşlı oyunçu “köhlən atlar”ın heyətində 7 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb.
Qeyd edək ki, “Qarabağ” daha əvvəl kapitanı Maksim Medvedevlə ikiillik müqavilə bağlayıb.
“Hakimiyyet.com”









