MM-də 2020-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi qəbul edilib
27.05.2021Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib. Müzakirə zamanı deputatlar təkliflərini səsləndiriblər. İclasa maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və digər rəsmilər qatılıb.
Layihəni MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.
“Hakimiyyet.com”










