ŞƏHİDİN ÖVLADINA ATASININ ADI VERİLDİ…
31.05.2021Bu gün Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında Şəhid Fətiyev Xəqani Hüseynəli oğlunun yevi dünyaya gələn övladının evə yola salınması xəstəxananın tibbi heyəti və ictimaiyyətin iştirakıyla təntənəli şəkildə həyata keçirilmişdir.




Şəhidin yeni dünyaya gələn öğlan övladına atasının adı verilməklə, bir daha şəhidimizin ruhuna ehtiram və məhəbbət öz təcəssümünü bariz göstərdi. Mərkəzin rəhbərliyi tərəfindən təşkil olunan təntənəli tədbirdə şəhidin ailə üzvləri ilə yanaşı rayon içtimayətinin nümayəndələri, qazilər, rayon sakinləri və media nümayədələri iştirak etdilər.
Qeyd edək ki, Şəhid Xəqani Fətiyevin 4 övladı var və Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Allah şəhidlərimizə rəhmət eləsin!
Pəşad Əkbəroğlu,
“HAKİMİYYƏT” qəzetinin bölgə müxbiri









