Maştağa sakinin həyətində 475 çətənə kolu aşkarlandı-GÜLÇÜLÜK İNKİŞAF ETDİRİLİR..!

31.05.2021 Off By Füzuli İsmayılov

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində uğurlu əməliyyat tədbiri həyata keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, əməliyyat nəticəsində Maştağa qəsəbə sakini Ş.Sultanova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 475 çətənə kolu aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Share