Jurnalistlər Ermənistan qoşunları tərəfindən qəsdən qoyulmuş minanın qurbanı oldular – Hikmət Hacıyev
05.06.2021AzTV və AZƏRTAC-ın jurnalistləri Ermənistan qoşunları tərəfindən Kəlbəcərdən çıxararkən qəsdən qoyulmuş minanın qurbanı oldular.

Bunu Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev “Twitter” hesabında yazıb.
“Beynəlxalq təşkilatları həmrəyliyə və hadisəni pisləməyə çağırırıq. Allah Sirac Abışov və Məhərrəm İbrahimova rəhmət etsin”, – deyə administrasiyanın xarici siyasət məsələləri şöbəsinin müdiri əlavə edib.
“Hakimiyyet.com”










