Çimərliklərə gediş-gəlişin təmini üçün bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib
15.06.2021Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında müvəqqəti dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, məqsəd çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir.
Mövsümi xarakterli dəyişikliyə əsasən, iyunun 16-dan 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan”, 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna”, 146 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Şüvəlan”, 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı”, 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Zirə”, 182 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Mərdəkan” çimərliyinədək, 189 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti isə Nardaran qəsəbəsinin “Ləhic” bağlarına qədər təşkil ediləcək.
“Hakimiyyet.com”









