CƏLİLABADDA SU QUYUSUNDAN NEFT ÇIXDI
20.06.2021Cəlilabad rayonunun Xanəgah kəndində Süleymanovlar ailəsinə məxsus fərdi yaşayış həyətində ev sahibləri artezian quyu qazdırmaqla su problemlərini həll etmək istəyiblər.
Əvəzində 70 metr dərinliyində qazılan quyudan su əvəzinə neft çıxmağa başlayıb. Artıq bu hal Cəlilabadda bir neçə dəfə təkrar baş verib. Sakinlərin fikrincə, bu rayonda təkrar baş versə də, əvvəlkilərdən fərqli olaraq bu neft təmizdir, mazut qatqısı yoxdur. Qalıb mütəxəssislərin analiz edib cavab verməsinə.
İnanaırıq ki, bu tapıntı da faydalı qazıntı kimi ölkənin sərvətinə xeyir verə biləcək bir mənbəyə cevriləcək.
Rəşad ƏKBƏROĞLU,
“Hakimiyyət” qəzetinin bölgə müxbiri









