Bakıda yaşayış binasında partlayış olub

22.06.2021 Off By Füzuli İsmayılov

Bakıda hündürmərtəbəli yaşayış binasında partlayış olub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu, Əsəd Əhmədov küçəsi 23 ünvanında baş verib. Həmin ünvanda yerləşən 12 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində mənzillərdən birinin mətbəxində qaz balonu parlayıb. Partlayış yanğına çevrilib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib. Hazırda yanğının söndürülməsi ilə bağlı tədbirlər görülüb.

Share
AzerbaijaniTurkishRussianEnglishGermanFrenchArabicGeorgianPersianChinese (Simplified)