“Səhidlik Zirvəsinə Ucalanlar”
26.06.2021Bu gün Cəlilabad rayonunda 44 günlük Vətən Müharibəsində Qəhrəmancasına Şəhid olmuş Vətən övladları ölkə Başçısı İlham Əliyevin sərəncamı ilə ölümündən sonra orden və medallarla təltif olundu.
Təltifolunma mərasimində Müdafiə Nazirliyinin rəsmiləri ilə yanaşı Cəlilabad rayon Hüquq -Mühafize orqanlarının nümayəndələri istirak etdilər.







Tədbiri giriş sözu ilə açan Səfərbərlik üzrə dövlət xidmətinin Cəlilabad söbəsinin rəisi Vüsal Həsənov şəhid ailələrini salamlayaraq onlarin şərəfli döyüş yolundan soz açdı. Sonra Müdafiə Nazirliyinin rəsmisi polkovnik Abdulla Qurbani Şəhidlərin ve qazilərin 44-Günlük Vətən müharibəsində göstərdiyi igidlikdən və mübarizliklərindən söhbət açaraq, onların unudulmaz bir tarix yazdiqlarını qeyd etdi. Sonra şəhid valideynlərinə və onların yaxınlarına orden ve medallar rayon hüquq- mühafizə orqanlarının nümayəndələrinin istirakı ilə təqdim olundu. Tədbirdə 2-ci Qarabağ qaziləri ilə yanası 1-ci Qarabağ müharibəsi qaziləri, eləcə də rayon ictimaiyyəti, Vətən müharibəsində şəhid olmuş igid qəhrəmanlarımızın ailə üzvləri, yaxınları istirak etdilər.
Orden və medallar Şəhid ailələrinə və onların ailə üzvlərinə, eləcə də şəhidlərin övladlarına təqdim olundu.
Orden və medallarla yanası, 44 günlük müharibədə Şəhid olan cəlilabadlıların xatirəsinə həsr olunmuş “Səhidlik Zirvəsinə Ucalanlar” kitabi da şəhid ailələrinə təqdim olundu.
Kitabın müəllifləri yazıçı-publisist, jurnalist Ədalət Salman və İman Abdulladır.
Rəşad Əkbəroğlu,
Cəlilabad









