ONLAR VƏTƏN UĞRUNDA VURUŞUB…
29.06.2021Cəlilabadda 44 – Günlük Vətən Müharibəsində iştirak etmiş qazilərin döyüşdə göstərdikləri fədakarlıga görə 84 – nəfərə “Cəsur döyüşçü” medalı və “Hərbi xidmətə görə” medalları ilə təltif olundu. İlk öncə Vətən Müharibəsində Şəhid olmuş igid əsgər və zabitlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.






Tədbir rayonun Heydər Əliyev Mərkəzində hüquq- mühafizə orqanlarının rəhbərliyinin iştirakı ilə baş tutdu. Medalların təqdim edilməsi zamanı tədbirdə yaralı qazilər və onların ailə üzvləri də öz ürək sözlərini rayon içtimayətə çatdırdılar.
Bir daha Ali Baş Komandana, Preziden İlham Əliyevə, ölkənin Birinci xanımı, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya onların sağlamlığına göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirən qazilər və ailə üzvləri hər zaman Vətənin uğrunda candan keçməyə hazır olduqlarını bildirdilər.
Rəşad Əkbəroğlu,
“Hakimiyyət” qəzetinin xüsusi müxbiri










