XƏZƏR DAHA BİR CAN ALDI…

29.06.2021 Off By Füzuli İsmayılov

Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə (qeyri-çimərlik ərazi) batan 1999-cu il təvəllüdlü Xəlilov Rəşad Habil oğlunun axtarışları başa çatıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilir ki, R.Xəlilovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Allah yaxınlarına səbr versin!

“Hakimiyyet.com”

Share