Ermənilərin Oxçuçayı çirkləndirməsi ilə bağlı VİDEO YAYILDI
04.07.2021İki ölkə arasında transsərhəd çay olan Oxçuçay, Ermənistan ərazisində fəaliyyət göstərən dağ-mədən sənayesinin çirkab suları ilə davamlı olaraq hədsiz çirklənməyə məruz qalır.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin teleqram kanalında xəbər verilir.
Bildirilib ki, Oxçuçayın ekosisteminin tamamilə məhv olmasına səbəb olan qurum və şirkətlər çayın çirkləndirilməsini dərhal dayandırmalıdırlar.
Bizim.Media











