“Qaliblər düşərgəsi”nə Azərbaycanın 25 regionunu təmsil edən 76 uşaq qatılıb

“Qaliblər düşərgəsi”nə Azərbaycanın 25 regionunu təmsil edən 76 uşaq qatılıb

05.07.2021 Off By Füzuli İsmayılov

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın övladları üçün təşkil olunan “Qaliblər düşərgəsi” fəaliyyətə başlayıb. Düşərgədə Azərbaycanın 25 regionunu təmsil edən 13-14 yaşlı 76 uşaq iştirak edəcək. Onlar 14 gün müddətində düşərgədə qalacaqlar. Uşaqlar gün ərzində həm müxtəlif intellektual məşğələlərə cəlb olunacaq, həm də idman yarışlarında iştirak edəcəklər. Bundan başqa, onların tanınmış ictimai-siyasi, yüksək vəzifəli şəxslərlə görüşü olacaq. Bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Vüsal Hüseynov bildirib ki, Azərbaycanın müxtəlif tarixi-mədəni abidlərinin yerləşdiyi ərazilərə uşaqların səfərləri təşkil ediləcək. Ümumilikdə məqsəd onların yay tətilinin səmərəli keçirmək, həmçinin intellektual, emosional inkişafına töhfə verməkdir.

Düşərgənin əsas təşəbbüskarı və dəstəkçisi xaricdə yaşayan azərbaycanlıların birləşdiyi “For Azerbaijan” xeyriyyə təşkilatıdır. Eləcə də bu düşərgə çoxsaylı dövlət orqanlarının və özəl sektor təmsilçilərinin birgə komanda şəklində fəaliyyəti nəticəsində ərsəyə gəlib.

Düşərgədə olduqları zaman uşaqların təhlükəsizliyi, sağlamlığı və psixoloji vəziyyəti təlimçilərin nəzarətində olacaq.

“Hakimiyyet.com”

Share