Nazilə Səfərli: “…Hətta dərddən siqaret belə çəkirdilər”

Nazilə Səfərli: “…Hətta dərddən siqaret belə çəkirdilər”

07.07.2021 Off By Füzuli İsmayılov

“Günlərdir şəhidin nişanlısının başqası ilə evlənməsi müzakirə olunur. Burda haqlı və haqsız tərəflər də var. Məsələn, İkinci Dünya müharibəsində xeyli sayda qadın dul qaldı. Onlardan qara yaylığı açmayan, qardaş yolu gözləyən, ömrünün sona qədər təkar evlənməyən xanımlar var idi. Hətta dərddən siqaret belə çəkirdilər. Kimsə bir söz demirdi. Çünki dərdlərini anlayırdılar”. Bu sözləri İnstaqram hesabında paylaşdığı videoda şairə Nazilə Səfərli söyləyib. O, fikirlərinə bunları da əlavə edib:

“Burda rezonans doğuran şəhidin ilinin çıxmamasıdır. Şəhid elin, xalqındır. Sən bir şəhid nişanlısı olduğun üçün qürur duya bilməmisən. Amma eldən ayıb idi. Bu üzdən gözləmək lazım idi. Şəhidlərimizin də nişanlıları, xanımları nə vaxtsa yenidən ailə qura bilər. Təbii ki bu istəyə bağlıdır. Həm dinimiz də buna icazə verir. Həddən artıq sevənlər isə uzun illər yaş üstə yaş gətirəcək, yenidən evlənməyəcək. Həmin qız isə heç düzgün etmədi. Üzündə elə ironiya, ismarış var, sanki böyük bir iş görmüsən. Atan-anan hara baxır?

Səninlə evlənən oğlan burada canı sağlam olanda, köhnə nişanlın gedib şəhid olub. Bu ədalət deyil. Sən anlamasan da, o başa düşməli idi. Şəhid analarının sinəsinə dağ çəkmək olmaz. Onların ayağının tozu olmalıyıq. Sən neynirsən hələ mahnı oxuyub video da çəkirsən. Hansı gününə?!”

Qeyd edək ki, şəhid Fərruz Hüseynov Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olub. Sosial şəbəkələrdə şəhdiimizin 4 illik nişanlısının yenidən ailə həyatı qurmağa hazırlaşması ilə bağlı xəbərlər yayılıb. Bu məsələ cəmiyyətdə qəzəb doğurub.

P.S. Bizə elə gəlir ki, belə həssas məsələlərdən şou düzəldim gündəmə gəlmək özü də bir ləyaqətsizlikdir.

Share