AVRO-2020: İtaliya Avropa çempionu oldu
12.07.2021AVRO-2020-də İngiltərə və İtaliya yığmaları arasındakı final oyunu start götürüb. Qarşılaşma Londondakı “Uembli” stadionunda keçirilib.
İlk qol 3-cü dəqiqədə vurulub. İngiltərə millisində Lük Şou əks-hücumda fərqlənib.
Görüşü niderlandlı referi Byorn Kuypers idarə edirdi.
Əlavə vaxtda da tarazlıq pozulmadığından penaltilər seriyasında qalib müəyyənləşib. İtaliya millisi 3-2 hesabı ilə qələbə qazanaraq Avropa çempionu tituluna yiyələnib.













