Azərbaycan Ordusunun Şuşa ətrafındakı mövqeləri atəşə tutulub, cavab atəşi açılıb
15.07.2021İyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.
“Hakimiyyet.com”











