Türk əsgəri İraqda həlak oldu
27.07.2021Türkiyə ordusunun hərbçisi İraqın şimalında terrorçuların açdığı atəş nəticəsində həlak olub.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi özünün Tvitterdəki səhifəsində məlumat yayıb.
Hadisə “Pence-Şimşek” əməliyyatı zonasında, Hakurk bölgəsində qeydə alınıb. Qeyd edilir ki, terrorçular yolda patrul xidməti aparan hərbçilərə atəş açıblar.
Nazirlik şəhidin ailəsinə başsağlığı verib.
Allah rəhmət eləsin!
“Hakimiyyet.com”











