Ceyhun Bayramov və Məhəmməd Cavad Zərif arasında telefon danışığı olub
28.07.202127 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif arasında telefon danışığı baş tutub.
XİN-dən verilən məlumata görə, nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyinin bəzi məsələləri üzrə, habelə bölgədəki son vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar./Trend
“Hakimiyyet.com”











