Qazimiz Ankarada vəfat etdi

Qazimiz Ankarada vəfat etdi

29.07.2021 Off By Füzuli İsmayılov

Vətən müharibəsi qazisi, baş leytenant Cahangirli Habil Həzər oğlu bu gün səhər saatlarında müalicə aldığı Ankaranın Hacettepə Universitetinin xəstəxanasında dünyasını dəyişib.Baş leytenant Prezident İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad edilməsinə görə” və “Xocavəndin azad edilməsinə görə” medalları ilə təltif olunub.

Habil Cahangirli 1980-ci ildə, Lerik rayonunun Veri-Babakücə kəndində anadan olub. O, 2020-ci ilin sonlarında baş leytenant kimi ordudan tərxis olunub.
 Allah rəhmət eləsin!

“Hakimiyyet.com”
Share