Ölümlə nəticələnən qəza

Ölümlə nəticələnən qəza

02.08.2021 Off By Füzuli İsmayılov

Cəlilabad Yardımlı yolunun Cəlilabad rayonunun Zəhmətabad kəndindən keçən hissəsində bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Belə ki,Yardımlı rayon sakini 1980- ci il təvəllüdlü Çingiz Niyaz oğlu Tağıyevin idarə etdiyi “QAZ-69” markalı yük maşını idarə etməni itirərək aşırdıb. Nəticədə sürücü, Yardımlı rayon sakini, 1980-ci il təvəllüdlü Çingiz Niyaz oğlu Tağıyev hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 1990-cı il təvəllüdlü Sadəddin Tağıyev isə müxtəlif bədən xəsarətləri ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Rəşad Əkbəroğlu,

“Hakimiyyət” qəzetinin cənub bölgəsi üzrə xüsusi müxbiri

Share