Əsrlərdən gələn səs – Azərbaycanda multikulturalizm

Əsrlərdən gələn səs – Azərbaycanda multikulturalizm

03.08.2021 Off By Füzuli İsmayılov

   İlham Əliyev: “Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir vəeyni zamanda, həyat tərzidir”.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ümummilli LiderimizHeydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq dövlət-din münasibətlərinin tənzimlənməsi, vicdan azadlığının təmin edilməsi, millimənəvi dəyərlərmizin qorunub-saxlanması, tarixi-dini abidələrmizin bərpası, multikulturalizmin təbliğ olunması sahəsində uğurlu yol keçmişdir. Bunun səbəbi – Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı dövlət din münasibətləri sisteminin effektliyini təmin edən başlıca amil-həmin sistemin Azərbaycan xalqının xarakterik xüsusiyyətlərinə, dövrün müasir tələblərinə və vicdan azadlığının təmin olunması prinsipinə əsaslanmasıdır. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndərin zəngin siyasi irsinə söykənən ardıcıl, məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmiz digər sahələrdə olduğu kimi dinə, vicdan azadlığına, tolerant və multikultural dəyərlərə münasibətdə nümunəvi dövlətə çevrilib. Qürurla deyə bilərik ki, bu gün dinlər və sivilizasiyalararası dialoqun baş tutması üçün əsas şərtə çevrilən və mütərəqqi dünya tərəfindən başlıca demokratik dəyərlərdən biri kimi təbliğ olunan multikulturalizm Azərbaycan xalqının əsrlər boyu formalaşan xüsusiyyətidir.

Mədəniyyətlərarası dialoq, birgəyaşayış anlayışlarını özündə birləşdirən multikulturalizm dəyərlərinə daim Azərbaycanda hörmətlə yanaşılmış, tarixin heç bir dönəmində Vətənimizdə dinlərarası, məzhəblərarası və
mədəniyyətlərarası qarşıdurma olmamışdır. Bu ənənə günümüzdə də aktuallığını itirməmişdir. Azərbaycanda multikulturalizm sahəsində dinlərarası münasibətlərin tənzimlənməsində mühüm işlər görülməkdədir.
Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edən, zəngin tarixə malik İslam dini ölkəmizdə VII əsrin ortalarından yayılmağa başlamış, ictimai şüurda hakim yer tutmuşdur. İslam özündən əvvəlki dinlərə nəinki
qadağa qoymuş, əksinə ayrı-ayrı dinlərə etiqad edən insanların vicdan azadlığının, öz məbədlərində dini ayin və mərasimlərini sərbəst yerinə yetirmək haqqının toxunulmazlığını təmin etmiş, tovhid prinsiplərinə zidd olmayan ənənələrin legitimliyini qoruyub saxlamışdır. Nəticədə, İslam dünyasına qovuşan Azərbaycanda bütün xalqlar öz dini etiqadlarını, adətənənələrini günümüzədək qoruyub saxlaya bilmişlər. Ölkəmizdə bu gün də bir çox dinlərin milli-mənəvi dəyərləri, abidələri bərpa və mühafizə olunur. Bütün bunlar ölkədə güclü tolerantlıq ənənələrinin, multikulturalizmin təşəkkülünə, möhkəmlənməsinə və inkişafına gətirib çıxarmışdır.  Keçmiş sovetlər dönəmində quruma üzv olan bütün millətləri öz milli-mənəvi dəyərlərindən uzaqlaşdıraraq kommunist ideologiyası təsiri altında formalaşdırırdılar. Bu ideologiya əslində mövcud olmayan “sovet ailəsi”qanunlarını təbliğ edirdi. Mənəvi dəyərlər 70 il müddətində birliyin üzvü olan millətlərə xurafat adı altında təqdim olunmuşdur. Bu illərdə xalqımız milli-mənəvi dəyərlərindən uzaqlaşdırılaraq doğma bayramlarını belə qeyd edə bilməmiş, dini etiqadlara qadağa qoyularaq məscid və ibadət evlərinə getmək yasaq edilmişdir. Ötən əsrin 70-ci illərində hakimiyyətə gəlmiş Azərbaycanın böyük oğlu Heydər Əliyev milli-mənəvi dəyərlərimizin qorunmasında, multikultural yaşayışın təbliğ olunmasına müstəsna xidmətlər göstərmişdir.          Ulu Öndərin uzaqgörənliyi sayəsindəbölgələrdə tariximizin qorunması üçün tarix-diyarşünaslıq muzeyləri yaradılmış, Azərbaycan folklorunun dərindən araşdırılması, Novruz bayramının yüksək səviyyədə keçirilməsi, milli mərasimlərin təbliği istiqamətində ardıcıl tədbirlər ənənə halını almışdır.  Müstəqillik qazandıqdan sonra yenidən hakimiyyətə gələn Heydər Əliyev dövlət quruculuğu ilə yanaşı mədəni irsimizin, mənəvi dəyərlərimizin qayğısına qalmış, dinlərarası dialoqla, multikulturalizmlə, humanitar məsələlərlə bağlı Ümummilli liderin göstərişi ilə müxtəlif tədbirlər həyata keçirilmişdir. Həmçinin Bakıda və regionlarda məscid, kilsə, senaqoq və ziyarətgahlar bərpa olunmuş, yeni ibadət ocaqlarının tikintisi sürətlənərək inanclı insanların istifadəsinə verilmişdir. Ümummilli lider məscidlərlə yanaşı kilsə və sinaqoqlarda çıxışlarında daim Azərbaycanda əsrlərdən bəri mövcud olan tolerantlıq ənənələrindən söhbət
açmışdır.

Ölkəmizdə yaşayan yəhudi və xristianların rəhbərləri Heydər Əliyevin onlara və inanclarına göstərdiyi qayğı haqqında Avropa və Amerikada keçirilən nüfuzlu konfranslarda çıxışlar edərək, tolerantlıq baxımından Qərbə nümunə olan Azərbaycanın din modelindən xüsusilə vurğulamışlar.
Əsrlərdir qorunan birgəyaşayış mədəniyyətimizin əsasını təşkil edən ənənə cənab Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması haqqında fərmanı da öz əksini tapmışdır.
Cənab İlham Əliyev bütün dini mərasimlərlə bağlı rəsmi tədbirlər zamanı multikultural dəyərlərə böyük ehtiramla yanaşır, ölkədə yaşayan inanclıların bərabər statusa malik olduğunu xatırladır. Qafqaz Müsəlmanları İdarəsinin
sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətlərinin dəvəti ilə hər il Ramazan ayında müxtəlif dinlərin nümayəndələri ilə birlikdə iftar süfrəsində iştirak edir. Tədbirə ölkə başçısının qatılması tolerantlığın bariz nümunəsidir. Bu hadisə
artıq ənənə halını alaraq bütün dünyaya multikulturalizm mesajı, ən böyük tolerantlıq nümunəsinin təqdimatıdır.
Bu gün dünyada dinlərarası, məzhəblərarası münasibətlərdə gərginliyin artdığı, islamafobiya, ksenofobiya, antisemitizmin tuğyan etdiyi dövrdə multikulturalizm dəyərlərinə söykənərək onu qorumaq nailiyyətdir.
Azərbaycan dövlətinə onun layiqli vətəndaşlarının bu sahədə qazandığı böyük uğurlardan biri multikulturalizimdir. Bu cür yaşayışı qorumalı, onu canlabaşla gələcək nəsillərə, övladlarımıza ötürməyi bacarmalıyıq. Azərbaycan dövlətinin ərsəyə gətirdiyi, Qafqaz Müsəlmanları İdarəsinin və Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təbliğ etdiyi multikulturalizm dəyərləri İslamın ana qaynağı hesab edilən Qurani-Kərimə və Peyğəmbərimizin kəlamlarına söykənmişdir. Birgəyaşayış haqqında QuraniKərimin bir çox ayəsində, Peyğəmbərimizin, imamlarmızın, böyük
alimlərimizin kəlamlarında bu barədə çoxlu tövsiyələr verilmiş, etiqad etdiyi inancla yanaşı bütün insanlara bir atanın, Adəm peyğəmbərin övladı olması xatırlanmışdır. Belə ki, İslam mənbələrində Peyğəmbərimizin həyatı ilə bağlı rəvayət nəql olunmuş, Allah elçisinin nə qədər multikultural dəyərlərə üstünlük verməsi göstərilmişdir. Rəvayətdə nəql olunur ki, “İslam peyğəmbəri bir gün yaxın qohumu və səhabəsi İbn Abbasla (619-687) birlikdə Kəbə evinin yanında oturmuş, bu zaman bir dəstə insanın müşayətilə dünyasını dəyişmiş şəxsi tabutla aparırmışlar. Bunu görən Peyğəmbər dərhal ayağa qalxmışdır. İbn Abbas Peyğəmbərə: “Ya Rəsulullah, gələn bir yəhudi cənazəsidir, sənin onun üçün ayağa durması nə deməkdir?!”. Peyğəmbər isə İbn Abbasa: “Yəhudi olsa belə, onu da, bir ana dünyaya gətirmiş, bir ata ərsəyə çatdırmışdır. Nəfəs alan, nəfəs verən insan övladı olmuşdur”, – cavabını vermişdir. Azərbaycanımızın əlverişli coğrafi şəraitdə yerləşməsi və zəngin təbiəti hələ qədim dövrlərdən bu ərazinin geniş yaşayış məskəninə çevrilməsinə səbəb
olmuş, burada Zərdüştlük, Xristianlıq və İslam dini yayılmışdır. Qədim inancların adətləri, tarixi qədimliyi bu günə qədər qalmaqdadır. Dini inancların fərqli olduğu, yayıldığı məkanlarda müxtəlif etnosların sülh içində yaşaması ən böyük multikultural ənənədir. Bu tarixi ənənəni Azərbaycan türkləri ilə bərabər dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, molokanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, rutullar, udilər,assiryalılar və qrızlar bu günə qədər qorumaqdadırlar.

Azərbaycanın füsunkar təbiətə malik, cənub mirvarisi adlanan Lənkəran bölgəsi də öz növbəsində zəngin birgəyaşayış mədəniyyətə, multadətlərə malikdir. Əsrlərdir ki, burada Azərbaycan türkləri ilə yanaşı talışlar, ruslar və bir sıra azsaylı xalqlar yaşamaqdadırlar. Burada mövcud olan etnik qrupların nümayəndələri özlərini azərbaycanlı saysalar da, hər bir qrup özünəməxsus fərqli mədəniyyətin, inancın sahibidir. Lənkəranda fərqli mədəniyyətlər, inanc və adətlər o qədər bir-birinə qarışmışdır ki, müasir multikulturalizm prinsiplərini də üstələmişdir.

Samid Quliyev

Share