CƏLİLABADDA ABADLIQ TEMPİ DAVAM EDİR

CƏLİLABADDA ABADLIQ TEMPİ DAVAM EDİR

08.08.2021 Off By Füzuli İsmayılov

İqtisadi, mədəni və elmi cəhətdən inkişaf tempini əvvəlki illərə nisbətən daha da artıran Azərbaycanın davamlı uğur və nailiyyətləri hər bir ölkə vətəndaşına qürurverici hisslər yaşadır. 44 – Günlük Vətən Müharibəsindən sonra erməni faşistlərinin 30 ilə yaxın müddət ərzində xarabalıqlara çevirdiyi şəhər, rayon, qəsəbə və kəndlərimiz yenidən qurulur. Azərbaycan bir daha dünyaya öz iqtisadi gücünü nümayiş etdirir. Ölkənin paytaxtı ilə yanaşı, bölgələrimizdə də sürətlə quruculuq- abadlıq işləri davam etdirilir.

Respublikanın kənd təsərrüfatı məhsullarının istehsalında xüsusi çəkiyə malik Cəlilabad rayonunda da qısa müddət ərzində rayondaxili, kəndlərarası küçə və mərkəzi yollarında asvalt örtüyünün yenidən dəyişdirilməsi artıq səmərəli şəkildə həyata keçirilir. İnsanların sıx yaşadığı küçə və prospektlərdə abadlıq işləri aparılır, əhalinin asudə vaxtlarının rahat şəkildə istirahəti üçün  parkların salınması cəlilabadlıları və rayona gələn qonaqları ruhən məmnun edir.

 

Şəkillərdə gördüyünüz abadlıq və asfalt döşəmə işləri rayonun mərkəzindəki Akademik Zərifə Əliyeva küçəsində aparılır və son tamamlama işləri gedir.
Rayon İcra hakimiyyətinin ərazi icra nümayəndəliyinin rəhbəri Mirməhəmməd Kazımovun birgə təşəbbüsü ilə Akademik Z.Əliyeva küçəsində eni 15, uzunluğu 600 metr olan Akademikin adını daşıyan park salınır. Burada işıqlandırma dirəklərinin, uşaq oyunları attraksionlarının quraşdırılması, piyada səkilərinin və sakinlərin dincəlmələri üçün meydançaların düzəldilməsi, skamyaların quraşdırılması, bununla yanaşı, salınacaq yaşıllıgların suvarılması üçün xüsusi su xəttlərinin çəkilməsi işləri aparılır. Qeyd edək ki, bütün bu işlərin tədris ilinin başlanacağına qədər insanların istifadəsinə vermək nəzərdə tutulmuşdur.

Rəşad Əkbəröğlu,

“Hakimiyyət” qəzetinin bölgə üzrə xüsusi müxbiri

Share