Bakının bu küçə və prospektlərində ənənəvi tıxac var

Bakının bu küçə və prospektlərində ənənəvi tıxac var

09.08.2021 Off By Füzuli İsmayılov

Səhər saatlarında paytaxtın bir sıra küçə və prospektlərindən sıxlıq müşahidə olunur.
Bakı Nəqliyyat Agentliyindən  verilən məlumata görə, tıxac olan yollar aşağıdakılardır:
Bakı – Sumqayıt şosesi – (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şosesi boyunca, 20 Yanvar dairəsi adlanan istiqamətində çox güclü sıxlıq müşahidə olunur).
Qara Qarayev prospekti – Əsas yol və köməkçi yol (Neftçilər metro stansiyasından başlayaraq, Koroğlu metro stansiyası istiqamətində) sıxlıqdır.
Yavər Əliyev küçəsi – (Aeroport şosesinə çıxan yol) sıxlıqdır.
Tbilisi prospekti – Əsas yol  – (20 Yanvar dairəsindən başlayaraq, əsasən, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, şəhər mərkəzi istiqamətində) sıxlıqdır.
Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində) sıxlıqdır.
Ziya Bünyadov prospekti – Əsas yol (Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən başlayaraq – əsas yolda, 20 Yanvar dairəsi istiqaməti üzrə sıxlıq müşahidə olunur).

“Hakimiyyet.com”

Share