KTMT -nin baş katibi ZAS Ermənistana gəldi-PAZLA

KTMT -nin baş katibi ZAS Ermənistana gəldi-PAZLA

09.08.2021 Off By Füzuli İsmayılov

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas avqustun 9 -da bazar günü Ermənistana işgüzar səfərə gəlib. Bu haqda məlumatı təşkilatın mətbuat katibi yayıb.
Onun sözlərinə görə, Zas İrəvanda ölkənin ən yüksək siyasi və hərbi rəhbərliyi ilə görüşlər keçirəcək.
Xüsusilə, iki gün ərzində belaruslu generalın baş nazir Nikol Paşinyan, xarici işlər naziri vəzifəsini icra edən Armen Qriqoryan və müdafiə naziri Arşak Karapetyanla görüşü planlaşdırılır. Görüşlər zamanı Stanislav Zas KTMT-nin məsuliyyət zonasında yaranmış vəziyyət, habelə Kollektiv Təhlükəsizlik Şurasının növbəti sessiyasına hazırlıq barədə erməni tərəfini məlumatlandıracaq.

“HAKİMİYYET.com”

 

Share