30-35 yaşlı qadın özünü binanın damından atıb

30-35 yaşlı qadın özünü binanın damından atıb

09.08.2021 Off By Füzuli İsmayılov

Bu gün axşam saatlarında Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində intihar hadisəsi baş verib.
Hadisə Yavər Əliyev küçəsində yerləşən “Akkord” kompleksində qeydə alınıb.
Belə ki, 30-35 yaşlı qadın özünü binanın damından atıb. O, hadisə yerində keçinib. İlkin məlumata görə, intihar edən qadın sözügedən binanın sakini olmayıb.
Faktla bağlı araşdırma aparılır.

“HAKİMİYYET.com”

 

Share