Elmar Vəliyevi güllələyən Yunis Səfərova ömürlük həbs cəzası verildi
16.08.2021Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov məhkəmədə son söz deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Y.Səfərov son söz deyərkən, əməlindən peşman olmadığını bildirib:
“Hansı cəzanı istəyirsiniz, verin”.
Məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib.
Müşavirədən qayıdandan sonra hökm elan edilib. Hökmə əsasən Y.Səfərova ömürlük həbs cəzası verilib.
“HAKİMİYYET.com”











