HALAL ZƏHMƏT, HALAL MƏHSUL
16.08.2021Cəlilabad rayonu hələ Sovetlər dönəmindən öz üzü ilə SSRi ölkələri sırasında birincilərdən idi,indiki vaxtla müqaisə etdikdə,O vaxtlar ölkə ərazisində eləcə də Cəlilabad rayonunda onlar la üzüm emalı müəssisələri ( Çaxır istehsalı Zavodları) var idi və bu yetişdirilən məhsulun lazimi qaydada emal olunmasına imkan yaradırdı.
Hal-hazırda Cəlilabad rayonunda ötən illərlə müqaisədə üzümçülüyə maraq sürətlə inkişaf edir. Ötən 20 il ərzində demək olar xaticdən gətirilən üzüm növlərinin əkilib becərilməsi işləri çox artıb. Təsərrüfat sahiblərinin sözlərinə görə, 11 ay ərzində becərilməsi və məhsuldarlığına müəyyən vaxtla yanaşı aqro texniki qulluq edilən üzüm yığım vaxtı ucuz qiymətə alıcılara təqdim edilir. Minbir zəhmətlə yetişdirilən üzümün satışından təsərrüfat sahibləri məhsulun satışı zamanı qiymətindən razı deyillər. İki ildir ki, Covid 19 pandemiya qaydaları demək olar ki, bütün sahələrə öz zərərini vurdu. Ticarətin gəlirlilik gücü aşağı düşdü, insanlar ziyana getdi və bu da çətinliklər yaratdı. Üzüm mütəxəssisi Əhmədağa Məmmədov bildirir ki, Cəlilabadda son 10 ildə üzümçülük daha da sürətlə inkişaf edib, lakin bol məhsul əldə edən sahibkarların on tonlarla yığdıgı məhsulların süfrə üzümü növlərinin rahat saxlanılması üçün saxlama soyuducu ambarların tikilməsi təqdirəlayiq olardı. Belə soyuducu anbarların olması təsərrüfat sahiblərinin yığdıgı məhsulun normal qiymətə satılması üçün böyük imkan yaradar.
Bununla yanaşı sahələrdə əkilən şərab növü üzümlər var ki, yerli emal müəssisələrin olması işləri rahatlaşdırar və üzümçülərin rifahını daha da yaxşılaşdırar və toplanan məhsul rahat formada emal olunar və yaranan problemlər aradan qaldırılar.
Hal hazırda Cəlilabadda təsərrüfat sahibləri yıgdıqları məhsulu paytaxt və Rusiya bazarlarına ixrac edlər ki, bu tam olmasa da, ticari baxımdan qaneedici hesab olunur. İnsanlar ölkədə ərzaq dayanıqlılığının və davamlı iqtisadi yüksəlişin artması uğrunda daima çalışmadadırlar.
Rəşad Əkbəroğlu,
“HAKİMİYYƏT” qəzetinin Cənub bölgə müxbiri
















