AZƏRBAYCANLILAR KABİLDƏ YARALILARA YARDIM ETDİ
20.08.2021Afqanıstanın paytaxtı Kabildə Taliban nəzarətindən sonra ölkədə ara qarışıb. Hava limanında əfqanların ürəkdağlayan görüntüləri dünya mediasında şok effekti yaradıb.
Yaranan çaxnaşmada çox saylı əfqan xəsarət alıb. Azərbaycan sülhməramlıları yerli sakinlərə yardım edib.
Qeyd edək ki, Kabildə Beynəlxalq Hava Limanında Azərbaycan əsgərləri nəzarət edir.
“HAKİMİYYET.com”











