Ərdoğanla Putin Əfqanıstanı müzakirə ediblər
21.08.2021Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparıb.
Bu barədə Kremlin mətbuat xidmətiməlumat yayıb.
Tərəflər Əfqanıstanda sabitliyin təmin edilməsi, asayişə və qanuna ciddi riayət olunmasının vacibliyini qeyd ediblər. Terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə vəzifələrin prioritet xarakter daşıdığı vurğulanıb.
Prezidentlər Əfqanıstan məsələsində ikitərəfli koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.
“HAKİMİYYET.com”











