Heydər Əliyev prospektindəki yanğın söndürülüb

Heydər Əliyev prospektindəki yanğın söndürülüb

24.08.2021 Off By Füzuli İsmayılov

Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xəttinə Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yanğın hadisəsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. İlkin məlumata əsasən, göstərilən ünvanda hasarın alkopandan ibarət üzlüyü yanır.

Yanğın yolda avtomobillərin hərəkətinə mane olub, yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

“HAKİMİYYET.com”

 

 

Share