Pentaqon: ABŞ hərbi qüvvələrinin avqustun 31-dək Əfqanıstandan çıxarılmasına dair planda dəyişiklik yoxdur
24.08.2021ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxması üçün son tarix kimi müəyyən olunmuş 31 avqustda hər hansı dəyişiklik yoxdur. Bu barədə Pentraqondan bildiriblər.
“ABŞ hərbi qüvvələrinin avqustun 31-dək Əfqanıstandan çıxarılmasına dair planda bir dəyişiklik yoxdur”, – deyə Pentaqonun aşıqlamasında bildirilir.
Qeyd edək ki, Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı da ABŞ hərbi qüvvələrinin avqustun 31-dək ölkəni tərk etməli olduğu barədə bəyanatını bu gün yenidən təkrarlayıb.
“HAKİMİYYET.com”











