Şuşalılar ilk dəfə doğma şəhərlərindən Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik ediblər

Şuşalılar ilk dəfə doğma şəhərlərindən Mehriban Əliyevanı ad günü münasibəti ilə təbrik ediblər

26.08.2021 Off By Füzuli İsmayılov

Daha bir qrup Şuşa sakini avqustun 26-da doğma şəhərini görmək imkanı qazanıb.

52 sakinin səfəri Birinci vitse-prezident Mehriban Əliyevanın ad gününə təsadüf edib və bu münasibətlə sakinlər sülh rəmzi olan göyərçinləri səmaya buraxıb, Birinci vitse-prezidentə öz xoş arzularını çatdırıblar.

Xatırladaq ki, 19 avqustdan etibarən Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə 100-dən çox şəhər sakini öz doğma yurduna səfər edib.

Səfərlərin mütəmadi təşkil olunması nəzərdə tutulub./Apa

Share