Bütün Qafqazın Şeyxi Çeçenistanın birinci prezidenti Əhməd Kadırova həsr olunmuş rəsmi tədbirdə iştirak edib
26.08.2021Avqustun 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bütün Qafqazın Şeyxi, Hacı Allahşükür Paşazadə Qroznı şəhərində Çeçenistan Respublikasının Birinci Prezidenti Əhməd Kadırovun anadan olmasının 70 illiyinə həsr olunmuş rəsmi tədbirdə iştirak edib. Tədbirdə Rusiya Federasiyası Çeçenistan Respublikasının Başçısı Ramzan Kadırov, Çeçenistanın dövlət, ictimai və dini xadimləri və Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri iştirak ediblər.
Tədbirdə Şeyxülislam A. Paşazadə fəxri qonaq qismində çıxış edib. Prezident Ramzan Kadırova və bütün Çeçen xalqına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını çatdıran Qafqaz Müsəlmanları İdarəsinin sədri öz çıxışında Çeçenistan Respublikasının Birinci Prezidenti Əhməd Kadırovun xatirəsini yad edərək onun Çeçenistanın intibahı naminə misilsiz töhfələrini, xalqın xoşbəxtliyi naminə canından keçərək şəhid olduğunu bildirib. Hacı Allahşükür Paşazadə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası Çeçenistan Respublikası arasında qardaşlıq və sıx əməkdaşlıq əlaqələrindən danışaraq bildirib ki, bu dostluq və əməkdaşlıq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Çeçenistan Respublikasının Başçısı Ramzan Kadırov tərəfindən uğurla inkişaf etdirildiyini qeyd edib.
Şeyxülislam A. Paşazadə Çeçenistan rəhbərliyinə və çeçen xalqına yeni-yeni nailiyyətlər və Allah Təaladan müvəffəqiyyət arzulayıb.
Şeyxülislam A. Paşazadə Çeçenistan rəhbərliyinə və çeçen xalqına yeni-yeni nailiyyətlər və Allah Təaladan müvəffəqiyyət arzulayıb.
Tədbir iştirakçıları A.Paşazadənin çıxışını alqışlarla qarşılayaraq Şeyxə səmimi təşəkkürlərini bildiriblər.
Füzuli Əfqanoğlu,
“HAKİMİYYET.com”











