BİRİNCİ XANIMDAN MİNNƏTDARLIQ
27.08.2021Ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzindən olan uşaqlara rəsmi feysbuk səhifəsində minnətdarlığını bildirib:
Autizm spektr pozuntulu uşaqlar üçün Bərpa Mərkəzindən olan əziz dostlarıma təşəkkür edirəm!
Xoş, nurlu və səmimi təbrikinizə görə çox sağ olun. Siz necə də gözəl və istedadlısınız! Sizinlə görüşlərimizi və birgə keçirdiyimiz vaxtı hər zaman xoş duyğularla xatırlayıram! Sizi möhkəm-möhkəm bağrıma basıram, hər birinizə gözəl əhval-ruhiyyə və bütün arzularınızın çin olmasını diləyirəm.
Tezliklə görüşmək ümidi ilə,
Sizin MEHRİBAN













