İsmayıllı rayonunda dağlıq ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb
30.08.2021İsmayıllı rayonunun Sərdahar kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində məhdudlaşdırılıb.
FHN-in mətbuat xidmətindən bildiriblər ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Yanğınsöndürmə əməliyyatı nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və aviasiya dəstəsinin helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən həyata keçirilir.
“HAKİMİYYET.com”











