Daşkəsəndə yaşlı kişi tanışı tərəfindən güllələnib

Daşkəsəndə yaşlı kişi tanışı tərəfindən güllələnib

31.08.2021 Off By Füzuli İsmayılov

Daşkəsəndə güllələnmə hadisəsi baş verib.

Hadisə rayonun Zivlən kəndinə qeydə alınıb.

Kənd sakini, 1949-cu il təvəllüdlü Zahid İsmayılov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, 72 yaşlı kişi tanışı tərəfindən güllələnib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş verməsi səbəbləri araşdırılır.

“HAKİMİYYET.com”

Share