Azərbaycanda kriminal avtoritet öldü

01.09.2021 Off By Füzuli İsmayılov

Azərbaycanda bir həftə əvvəl həbs edilən “Diska Nəriman” ləqəbli kriminal avtoritet Nəriman Qurbanəliyev vəfat edib.

Saxlanıldığı müəssisədə “Diska Nəriman”ın vəziyyəti qəfildən pisləşib və o təcili xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qeyd edək ki, bir həftə əvvəl Qax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan Zaqatala rayon sakini, əvvəllər 4 dəfə məhkum olunmuş, kriminal aləmdə “Diska Nəriman” kimi tanınan Nəriman Qurbanəliyevdən metamfetamin (“patı”) götürülüb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. /Lent.az

“HAKİMİYYET.com”

Share