ŞƏHİDLƏRİN XATİRƏSİ ANILDI

05.09.2021 Off By Füzuli İsmayılov

Bu gün Cəlilabad şəhər 8 saylı orta məktəbin həyətində şəhidlərin xatirəsinə inşası yenicə tamamlanmış bulağ kompleksinin açılışı olub.

8 saylı məktəbin məzunları olmuş Həbibi Fizuli Nizami oğlunun və İşiyev Rəfail Əhmədağa oğlunun xatirə löhvəsi əks olunan bulağ kompleksinin açılışında şəhidlərin valideynləri, yaxın qohumları ilə yanaşı Rayon Təhsil şöbəsinin müdiri Ağaxan Ağayev, Rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Vüsal Abdullayev, məktəb kollektivi və bir sıra idarə rəhbərləri, qazilər, müharibə iştirakçıları və rayon sakinləri iştirak edib. Tədbirdə çıxış edənlər 44 günlük Vətən müharibəsindən söz açıaraq, şəhidlərimizin, qazilərimizin igidliklərinin indiki və gələcək nəsillər üçün unudulmaz bir tarix yazdığından söz açıblar.

Daha sonra isə şəhid Fizuli Həbibi və Rəfail İşiyevin dərs aldığları sinif otaglarında onların xatirəsini əbədiləşdirmək üçün güllərlə bəzədilmiş səkillərlə yaxından tanış oldular. Şəhidlərin məzarları ziyarət olundu.

Sonda onu da qeyd edək ki, bulağ kompleksi rayon xeyriyyəçiləri tərəfindən inşa olunub.

Rəşad Əkbəroğlu,

“Hakimiyyət” qəzetinin bölgə üzrə xüsusi müxbiri

Share