Masallıda ikimərtəbəli evdə yanğın olub

05.09.2021 Off By Füzuli İsmayılov

Masallı rayonunun Bambaşı kəndində ikimərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyi xəbər verir ki, ümumi sahəsi 240 kvadratmetr olan evin (hər mərtəbəsi 120 kvadratmetr) ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və dam örtüyünün taxta atmaları 45 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

“HAKİMİYYET.com”

 

Share