Füzuli rayonunun Mollavəli kəndindən videogörüntülər
06.09.2021Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunmuş Mollavəli kəndinin videogörüntülərini yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.
Mollavəli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu oktyabrın 22-də kəndi işğaldan azad edib.









