İmişli rayon sakininin ölməsi ilə bağlı araşdırma aparılır
06.09.2021Sentyabrın 5-i saat 19 radələrində İmişli rayonunun Aranlı kənd sakini 1985-ci il təvəllüdlü Elşad Zeynalovun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
İmişli Rayon Prokurorluğunun məlumatında bildirilib ki, araşdırmalarla Elşad Zeynalovun yaşadığı evin qarşısından keçən su kanalında sonluğu elektrik naqilinə bağlanmış dəmir tor vasitəsilə balıq tutarkən elektrik cərəyanının vurması nəticəsində öldüyü müəyyən olunub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
“HAKİMİYYET.com”









