Jurnalistin qanuni torpağına göz dikənlər və ev tikməsinə MANE OLANLAR KİMLƏRDİR?- QALMAQAL
17.09.202127 Iyul 2021ci il tarixdə qanuni şəkildə notarius qaydası ilə Agstafa rayonu Vurğun qəsəbəsində Qurbanova Əminə Əliyullah qızına məxsus 6 sot torpaq sahəsi alqı-satqı yoluyla almışam.
Alan gündən yaxın qonşu olan Arıxov Afiq Tofiq oğlu və onun xanımı Arixova Rəqsanə tərəfindən mübahisə yaradılıb.
Torpaqda əyrilik olduğundan 50 sm yola çıxmaq üçün qonşudan xahiş etsəm də, qonşu mübahisə yaradaraq Ağstafa rayon Vurğun qəsəbə bələdiyyəsinə şikayət etmişdir. Əsassız şikayətinə baxmayaraq Arıxov Afiq Tofiq oğlu və xanımı dövlətin yol üçün nəzərdə tutduğu əraziyə qanunsuz olaraq kanalizasiya xəttini çıxarmış, bu azmış kimi yaşadığı evinin önünə beton tökməklə yolun yarısını zəbt edərək insanların gediş- gəlişinə maneçilik törədəcəq qədər uzatmışdır.
Mən isə tikintidə və torpağın düzgün olmamasından məcbur qalıb 50 sm evin bir küncünün yol xəttinə çıxması üçün xahiş etsəm də yenidən mübahisə yaradaraq bələdiyyəyə öz etirazını bildirib.
Bələdiyyə həmin əraziyə gəlib baxış keçirən zaman məlum olmuşdur ki, mənə məxsus qanuni 2 sot xüsusi torpaq mülkündən başqa zəbt torpağı vardır.
Azərbaycan qanunlarına tabe olan və əməl edən bir vətəndaş kimi qanundan kənar bir iş görmədiyimi bildirsəm də Həbiman adlı yaşlı qonşu mənə razı olmayacağını etiraz edib.
Qeyd etmək istəyirəm ki, Həbilman kişinin cəmi 18 sot qanuni torpağı var, 5 sotda zəbt torpağı ona azlıq edirmiş kimi mənə məxsus olan 2 sot torpağı hansı haqq-ədalət və qanunla mənimsəmək istəyir?
Ağstafa rayon Icra Hakimiyyətində olaraq, icra başçısı cənab Seymur Orucovun müavinindən dəstək göstərilməsini xahiş etmişəm.
Lakin mübahisə yaradan qonşulardan Arıxova Rəqsanə bütün qohum- əqrabasıyla birlikdə Icra Hakimiyyətinə gələrək əsassız qərəzli şəkildə iki dünya bir olsada mənə 1sm da yola çıxmağa icazə verməyəcəyini kəskin şəkildə bildimişdir.
Icra Hakimiyyətinə müharibə iştirakçısı başından güllə yarası almışam deyərək hay-küy salan dayısı oğlunu belə göndərmişdir.
Bununla əlaqədar Ağstafa rayon polis şöbəsinib növbətçi hissəsinə və sahə polisinə zəng edərək mövcud problemimi bildirdim ancaq əfsuslar olsun ki, maraqlanan olmadı.
Vurğun Qəsəbə bələdiyyəsi mənə bildirmişdir ki, mən bacarmıram mübahisə yaradan sakinlərlə, odur ki, necə bilirsən et. Onda günahkar kimdir? Mülkiyyətin əsl sahibi? Yoxsa qəsdən münaqişə yaratmağa çalışan sakinlər?
Maraqlısı odur ki, 50 sm yola çıxmağa icazə verməyən bələdiyyə və aidiyyatı qurumlar Arıxov Afiq və onun hay-küy yardan xanımına niyə heç bir təzyiq etməyiblər? Arıxova Rəqsanə özünə benzin töküb yandırmaqla insanları qorxudur. Hələ qohumlarını da icra hakimiyyətinə səfərbər edib.
Biri deyir başım kantuzyalıdır, müharibədə güllə almışam başımdan. Qardaşı da Icra başçısının müavini ilə yaxın olduğunu deyir, mənimsə vəzifəli şəxslərlə münasibətim olmadığından problemlər öz həllini tapmır.
Bir tərəfdən Həbilman kişi, digər tərəfdən Afiq və arvadı Rəqsanə qolu zorlu qohum qardaşlarının vasitəsiylə mənə problem yaradacağıyla bizi hədələyirlər.
Belə çıxır ki, kiminsə qolu-qüvvətli, adamı yüksək vəzifədə oturanlar qanunlarımıza xətt çəkməli, imkansızlar ölməlidir? Özünə şərait qurub yaşamamalıdır?.
Odur ki, haqlı olduğum şəkildə mənə əsassız şəkildə təzyiqlər göstərən, halal torpağıma göz tikən və evimin tikilməsində mənə problemlər yaradan şəxslərə Ağstafa rayon Icra Hakimiyyəti və nümayəndəliyi adiyyatı üzrə bələdiyyə, hüquq-mühafizə orqanları tərəfindən araşdırılaraq köməklik göstərilməsini və mövcud problemimin aradan qaldırılmasında mənə kömək göstərilməsini xahiş edirəm.
Aynurə Əmirova, Rezonans.az
Füzuli Əfqanoğlu, “HAKİMİYYET.com”










