Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Fikrət Şıxıyev 9 min manatlıq saxta COVİD-19 pasportu satır, Yasamal prokurorluğu və polis bu işə göz yumur
26.10.2021Abşeronun Məhəmmədi kəndində yaşayan Haqverdi Mövsümov Prezidentə M Ü R A C İ Ə T etdi
Möhtərəm Ali Baş Komandanımız, hörmətli Prezidentimiz!
Bəşəriyyət üçün təhlükəli olan koronavirus xəstəliyinin tuğyan etdiyi bir vaxtda vətəndaşları vaksin vurdurmağa imkan verməyən, saxta vaksin sertifikatı düzəldən şəxslər insanların həyatını təhlükə altına qoyaraq belə bir anda da qanunsuz əməllə məşğul olurlar. Maraqlısı ondadır ki, televiziyada, mətbuatda, sosial saytlarda polis və prokurorluğun birgə tədbir keçirərək həmin şəxsləri tuturlar, lakin ictimaiyyətə qaranlıq qalan bir məsələdir ki, tutulan şəxslər yenə də bayırda gəzərək saxta vaksin pasportu düzəltmək kimi fəaliyyətlərini davam etdirirlər, əvvəlkindən də artıq pullar alaraq saxta vaksin pasportarı düzəldirlər. 2021-ci ilin avqust ayının axırında Abşeronun Məhəmmədli kəndində yaşayan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı işləyən kənd camaatının tanıdığı Şıxıyev Fikrət və onun əlaltıları Yasamal rayon prokurorluğu və polisi tərəfindən 9 min manatlıq saxta COVİD-19 pasportunu satdıqlarına görə saxlanılmışlar. Bu barədə məlumatı televiziyadan aldıq və bildik ki, ədliyyə orqanlarının penitensiar sistemində işləyən Fikrət Şıxıyev Məhəmmədli kəndinin sakinidir. Camaat danışır ki, Fikrət ədliyyə işçisi ola-ola yüzlərlə adama saxta pasport sırıyıb, axır ki, bu insanların yaxası Fikrətdən qurtardı. Ancaq bu gün Fikrət Şıxıyevi tutmayıblar, bayırda öz kefindədir, camaatın yanında bidirir ki, Yasamal prokurorluğu ona kömək etməyə söz verib, onlarla danışıb işini qurtarıbdır, cinayət işi ləğv olunubdur, hətta utanmayaraq indi də insanların yanında deyir ki, kimə lazım olsa desin, COVİD pasportu düzəldim, prokurorluq onun barəsində işi ləğv edibdir. Hətta öyünərək bildirir ki, prokurorluğa nə qədər xeyir veribdir, onun saxta vaksin pasportu verdiyi şəxsləri prokurorluq çağırıb inək kimi sağır. Belə də danışır. Aşkar şəkildə heç nədən çəkinməyərək bu gün Fikrət Şıxıyev saxta pasport düzəltməsi fəaliyyətini davam etdirir, bildirir ki, prokurorluq onun arxasında dayanıbdır.
Sizin Azərbaycan xalqının sağlamlığı üçün etdiyiniz bu qədər böyük işlərə Prokurorluğun hər hansı bir korrupsioner p işçisinin qanunsuz hərəkətləri qara xətt çəkir, ictimaiyyətdə belə bir fikir formalaşır ki, belə saxta əməllərin arxasında prokurorluq əməkdaşları dayanır. Belə olarmı? Şəxs tutulur, sonra onu buraxırlar, qayıdıb yenidən həmin təhlükəli əməli davam etdirir, bu işdə ona əldə etdiyimiz məlumata görə prokurorluğun bəzi əməkdaşları da dəstək durur.
Bildiyimizə görə hətta Fikrət Şıxıyevin arvadı Müdafiə Nazirliyi sistemində xidmət edən hərbi zabitdir.
Bu biabirçiliğa son qoyulmasını xahiş edirik. Bu çox təhlükəli bir işdir!
Mövsümov Haqverdi İbrahim oğlu
18.10.2021









