Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
29.10.2021Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə” Qərarı imzalayıb.
Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 yanvar saat 06:00-dək uzadılıb.
“HAKİMİYYET.com”










