NATO-ya yeni üzv qəbul edildi

27.03.2020 Off By Füzuli İsmayılov

Şimali Makedoniya Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulan 30-cu ölkə oldu, bayrağı martın 30-da Alyansın Brüsseldəki mənzil qərargahının qarşısında qaldırılacaq.

Bu barədə ABŞ dövlət katibi Maykl Pompeo tərəfindən yayılmış yazılı açıqlamada deyilir.

“27 Mart 2020-ci ildə ABŞ müqavilənin depozitarisi olaraq Şimali Makedoniya Respublikasının Şimali Atlantika Müqaviləsinə qoşulmasına dair sənəd alıb. Bu sənəd Şimali Makedoniyanı NATO-nun 30-cu müttəfiqi edib. Martın 30-da Şimali Makedoniya bayrağı NATO qərargahının qarşısında qaldırılacaq” – deyə, məlumatda qeyd olunub.(Report)

Share