On ayda sığorta bazarı 13 faiz artıb

16.11.2021 Off By Füzuli İsmayılov

Sığorta bazarının genişlənməsi, əhalinin və biznesin fundamental risklərinin sığorta təminatına daxil edilməsi, sığorta sektorunun iqtisadi inkişafda rolunun artırılması məqsədilə hazırlanmış əhatəli strategiyanın reallaşdırılması intensivləşdirilib.

Bu fikirləri Mərkəzi Bankın sədri Elman Rüstəmov 2022-ci il dövlət büdcəsinin müzakirəsi ilə bağlı parlamentin noyabrın 16-da keçirilən iclasında deyib.

E.Rüstəmov qeyd edib ki, sığorta sahəsində görülən işlər onun artım potensialının reallaşdırılmasına imkan verir. Nəticədə bu ilin 10 ayında sığorta bazarı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artıb.

“HAKİMİYYET.com”

Share