Fransanın Azərbaycandakı səfiri Ağdama səfər edib

22.11.2021 Off By Füzuli İsmayılov

Bu gün Fransanın ölkəmizdəki səfiri Qross Zakarinin başçılıq etdiyi nümayəndə heyəti Ağdama səfər edib.

Bu barədə Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov özünün “Twitter” hesabında məlumat yayıb.

Onun sözlərinə görə, səfər zamanı qonaqlara dağıdılmış abidələr göstərilib və şəhərin yenidənqurma planı haqqında ətraflı məlumat verilib.

Share
AzerbaijaniTurkishRussianEnglishGermanFrenchArabicGeorgianPersianChinese (Simplified)